Yalçın Rəfiyev: "Azərbaycan azad edilmiş ərazilərin bərpasına təxminən 15 milyard dollar yönəldib"

2026/05/Ekran-1779348853.jpg
Oxunub: 276     11:12     21 May 2026    
Azərbaycan azad edilmiş ərazilərin bərpasına təxminən 15 milyard dollar yönəldib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev WUF13 çərçivəsində "Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir" mövzusuna həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan kompleks yanaşmaya və uzunmüddətli strateji planlaşdırmaya əsaslanan ərazilərin münaqişədən sonra genişmiqyaslı bərpası və yenidən qurulması nümunəsini nümayiş etdirib.

Diplomat ərazilərin mina ilə çirklənməsini bərpa yolundakı əsas maneələrdən biri adlandırıb:

"Azad edilmiş torpaqlarda bərpa işlərinin tam şəkildə həyata keçirilməsi üçün tamamilə zərərsizləşdirilməli olan 1,5 milyona yaxın mina və partlamamış hərbi sursat qalır".

Y.Rəfiyev vurğulayıb ki, Azərbaycan münaqişə başa çatdıqdan sonra yenidənqurma layihələrinə artıq 15 milyard dollara yaxın vəsait yönəldib və dövlət hər il bu məqsədlər üçün əhəmiyyətli büdcə vəsaitləri ayırmaqda davam edir:

"Sıfırdan bərpa etdiyin zaman dayanıqlılığı, iqlimə uyğunlaşmanı və müasir şəhər planlaşdırması standartlarını nəzərə almaqla daha yaxşısını qurmaq imkanın olur".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yalçın-Rəfiyev   Azərbaycan  


Bizi "telegram"da izləyin