Bu il Şuşanın Böyük qala və Kiçik Qaladərəsi kəndlərinə köç olacaq

2026/05/Ekran-1779175689.jpg
Oxunub: 493     11:20     19 May 2026    
Bu il Şuşanın Böyük qala və Kiçik Qaladərəsi kəndlərinə köç olacaq.

Ordu.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Şuşa şəhərinə bu il köç olmayacaq.

Xüsusi nümayəndə qeyd edib ki, Şuşanın Turşsu qəsəbəsində bu il bərpa və quruculuq işlərinə baxılacaq:

"Ümid edirik ki, gələn il bu qəsəbəyə köç olacaq. Həmçinin, Daşaltı kəndi turizm kəndi kimi fəaliyyət göstərəcək, inşası bu il başlayacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şuşa   Köç  


Bizi "telegram"da izləyin