Elçin Yusubov: "Ağdam-Şuşa avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir"

2026/05/1778672574.jpg
Oxunub: 380     10:50     19 May 2026    
Ağdam-Şuşa avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.

Ordu.az xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda təşkil olunan tədbirdə deyib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərdə genişmiqyaslı yol-nəqliyyat infrastrukturu layihələri icra edilir.

Xüsusi nümayəndə bildirib ki, hazırda Suqovuşan - Sərsəng Su Anbarı - Qozlukörpü - Kəlbəcər, Suqovuşan - Kəlbəcər -Ağdərə - Ağdam, Əsgəran - Xocalı - Xankəndi və Bərdə - Ağdam - Əsgəran avtomobil yollarının tikintisi davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Elçin-Yusubov   Ağdam   Şuşa  


Bizi "telegram"da izləyin