Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq” nəşri yazıb.
1. “İslahatçılar” partiyası
Nəşr qeyd edib ki, “İslahatçılar” partiyasının siyahısının 1-ci nömrəsi müdafiə naziri olmuş, Rusiyadakı Ermənistanın sabiq səfiri Vağarşak Harutyunyardır.
“Harutyunyan İrəvanın Mərkəz inzibati rayonunda yerləşən, sahəsi 204 kvadratmetr olan bir mənzil bəyan edib.
Harutyunyan hesabat dövründə Müdafiə Nazirliyindən 4.9 milyon dram pensiya alıb. “Hayekonombank” və Rusiya “Sberbank”ındakı depozitlərindən 720.000 dram və 884.394 rubl faiz gəliri əldə edib.
Vaqarşak Harutyunyanın pul vəsaitləri 400.000 dram və 30.000 dollar təşkil edib.
2. “Hamıya qarşıyam” demokratik partiyası
Yeni yaradılmış “Hamıya qarşıyam” partiyasının 1-ci nömrəsi Spartak Kyureğyandır. O, “Zels” qapalı səhmdar cəmiyyətində məsləhətçi işləyir”, - deyə nəşr bildirib.
Məqalədə vurğulanıb ki, Kyureğyanın sahələri 37.32 və 53.49 kvadratmetr olan iki mənzili, tikilməkdə olan binada sahəsi 106 kvadratmetr olan mənzil almaq hüququ və sahəsi 18.6 kvadratmetr olan qaraj almaq hüququ var.
Müəllif yazıb ki, “Hamıya qarşıyam”ın 1-ci nömrəsi 2020-ci il istehsalı olan “Tesla model Y” markalı avtomobil bəyan edib.
“Hesabat dövründə Kyureğyan “Aybbenqim” qapalı səhmdar cəmiyyətinin səhmlərinin satışından 288 milyon 250 min dram əldə edib.
O, “Zels” qapalı səhmdar cəmiyyətinin səhmlərinin satışından 52 milyon dram gəlir götürüb. Həmin şirkətdən 9.3 milyon dram əməkhaqqı alıb.
“Buteh” qapalı səhmdar cəmiyyətindən əməkhaqqı kimi 8,450 dram, “Ti Ey Biznes Mərkəzi” MMC-dən 11.5 milyon dram və “Qoya” qapalı səhmdar cəmiyyətindən 1.3 milyon dram alıb.
Kyureğyan 102 milyon dram və 37 min dollar bəyan edib.
“Aybbenqim quyk” qapalı səhmdar cəmiyyətində, “Balistik” qapalı səhmdar cəmiyyətində, “Buteh” qapalı səhmdar cəmiyyətində və “A 3” MMC-də Spartak Kyureğyan pay sahibidir.
3. “Güclü Ermənistan” bloku
“Güclü Ermənistan” blokunun 1-ci nömrəsi Narek Karapetyandır. O, “Taşir kapital” qapalı səhmdar cəmiyyətinin baş direktorudur.
Karapetyan Taşir icmasının Lernahovit kəndində sahəsi 0.188 hektar olan bir yaşayış evi və ümumi sahəsi 3.44 hektar olan 12 torpaq sahəsi bəyan edib. Onun Moskvada sahəsi 128.4 kvadratmetr olan yaşayış evi də var.
Karapetyanın Vağaqni məhəlləsində sahəsi 0.4 hektar olan bir torpaq sahəsi də var. Narek Karapetyan 2025-ci il istehsalı olan “Toyota Camry” və 2021-ci il istehsalı olan “Mercedes Benz” bəyan edib. Hesabat dövründə Karapetyan “Taşir kapital” qapalı səhmdar cəmiyyətindən 675.000 dram əməkhaqqı və Artur Hovakimyandan 56.2 milyon dram hədiyyə alıb”, - deyə nəşr qeyd edib.
Müəllifin sözlərinə görə, Narek Karapetyanın pul vəsaitləri 16.5 milyon dram, 1.8 milyon dollar və 2.1 milyon avro təşkil edib.
“Taşir aqro” qapalı səhmdar cəmiyyətinin 100 faizi, “Sünenerqtşin” qapalı səhmdar cəmiyyətinin 98.8 faizi və “Ti tauer” qapalı səhmdar cəmiyyətinin 50 faizi Narek Karapetyana məxsusdur.
4. “Ermənistanın Şnorhapatakan” partiyası
“Ermənistanın Şnorhapatakan” partiyasının siyahısına rəhbərlik edən Qurqen Simonyanın daşınmaz əmlakı yoxdur. O, 2015-ci il istehsalı olan “Toyota Camry” markalı avtomobil bəyan edib.
Simonyan son 12 ayda Slavyan Universitetindən 210 min dram əməkhaqqı, “Mxitarean təhsil kompleksi” ictimai təşkilatından isə 278 min dram alıb. Bəyanatı təqdim etdiyi günə olan vəziyyətə görə, Simonyanın 10.1 milyon dramı olub.
5. “Yeni güc” islahatçı partiyası
“Yeni güc” partiyasının siyahısının 1-ci nömrəsi İrəvanın keçmiş meri, aktyor Hayk Marutyandır. Marutyan Çexiyada sahələri 72.54, 62.70, 51.96, 48.93 və 56.75 kvadratmetr olan 5 mənzil, sahələri 116 və 252.84 kvadratmetr olan 2 yaşayış evi, 5 avtodayanacaq və ictimai təyinatlı 5 sahə bəyan edib. Çexiyada Marutyana ümumi sahəsi 3844 kvadratmetr olan 7 torpaq sahəsi də məxsusdur”, - deyə nəşr bildirib.
Məqalədə qeyd edilib ki, Avropanın başqa bir ölkəsində, Avstriyada, Hayk Marutyanın sahələri 62.79, 41.4 və 53.7 kvadratmetr olan 3 mənzili var.
“İrəvanda Marutyanın sahəsi 34.2 kvadratmetr olan bir mənzili və sahəsi 92.5 kvadratmetr olan yaşayış evi var.
Marutyan bəyanata görə işsizdir. O, son 12 ayda əmlak satışından 7 milyon 200 min çex kronu və 65 milyon dram əldə edib. Daşınmaz əmlakın icarəsindən gəliri 2 milyon çex kronu və 34 min 671 avro təşkil edib. Marutyan ötən il Eva Cakesovadan 80.000 avro hədiyyə alıb.
100 faizi özünə məxsus olan “AAA projekts” MMC-dən o, 17 milyon dram və 6 min 316 avro dividend alıb.
Hayk Marutyanın pul vəsaitləri 76.1 milyon dram, 2.6 milyon çex kronu, 122 min 733 avro və 154 min 673 dollar təşkil edib.
6. “Birlik qanadları” partiyası
“Birlik qanadları” partiyasının siyahısına İnsan haqları üzrə sabiq müdafiəçi Arman Tatoyan rəhbərlik edir. O, İrəvanın Kanaker-Zeytun inzibati rayonunda yerləşən, sahəsi 183.95 kvadratmetr olan mənzil, sahəsi 25.5 kvadratmetr olan torpaq sahəsi və sahəsi 25.9 kvadratmetr olan avtodayanacaq bəyan edib.
Arman Tatoyan Ermənistan Amerika Universitetindən 33.4 milyon dram əməkhaqqı, İrəvan Dövlət Universitetindən 514 min dram, “Tatoyan” Hüquq və Ədalət Mərkəzi fondundan isə 5.9 milyon dram alıb.
Tatoyanın pul vəsaitləri 80 milyon dram və 55.700 dollar təşkil edib.
7. “Çiçəklənən Ermənistan” partiyası
“Çiçəklənən Ermənistan” partiyasının 1-ci nömrəsi partiya sədri, parlamentin sabiq deputatı, iş adamı Qaqik Tsarukyandır. O, Kotayk bölgəsində ümumi sahəsi 61.388 kvadratmetr olan 13 torpaq sahəsi, sahəsi 5234 kvadratmetr olan fərdi yaşayış evi, ümumi sahəsi 8189 kvadratmetr olan 7 bina-qurğu və torpağa birləşdirilmiş sahələri 8169 və 329.8 kvadratmetr olan 2 digər əmlak və İrəvanın Mərkəz inzibati rayonunda yerləşən, sahəsi 131.4 kvadratmetr olan mənzil bəyan edib”, - deyə müəllif yazıb.
Məqalədə vurğulanıb ki, Tsarukyanın 2004-2023-cü illərdə istehsal olunmuş müxtəlif markalı 19 avtomobili var.
“Bahalı əmlak siyahısı isə uzundur: brilliant və qızıl üzüklər, çilçıraqlar, pərdələr, mebellər və s. Ümumilikdə, Tsarukyanın dəyəri 6 milyon 466 min avro və 7 milyon 313 min dollar olan bahalı əmlakı var.
Hesabat dövründə “Çiçəklənən Ermənistan” partiyasının lideri oğlu Nver Tsarukyandan 1 milyard 367 milyon dram hədiyyə, “Araratsement” qapalı səhmdar cəmiyyətindən 4 milyard 180 milyon dram dividend və 950 milyon borc, “Olimpavan” MMC-dən 174 milyon dram borc, “Multi uelnes mərkəzi” MMC-dən 292 milyon dram dividend və 61.7 milyon dram borc, “Firma nüy” MMC-dən 865 milyon dram borc, payların özgəninkiləşdirilməsindən 1.8 milyon avro, “Qlobal motors” MMC-dən 5.4 milyon dram icarə haqqı, “Zvartnots hendlinq” qapalı səhmdar cəmiyyətindən 1 milyard 520 milyon dram dividend, “Multi motors” MMC-dən 2.7 milyon dram icarə haqqı, “Multi sis” MMC-dən 3.5 milyon dram dividend, “Fayn kars” MMC-dən 15.2 milyon dram dividend və “Konvers bank”dan 25.000 dram bank faizi alıb.
Qaqik Tsarukyanın pul vəsaitləri 3 milyard 450 milyon dram, 26.7 milyon dollar, 5.4 milyon avro və 2.3 milyon rubl təşkil edib.
“Çiçəklənən Ermənistan” partiyasının rəhbərinin 56 şirkətdə 20 faizdən 100 faizə qədər payı var.
8. “Ümumerməni Milli-Demokratik Cəbhə” partiyası
“Ümumerməni Milli-Demokratik Cəbhə” partiyasımım siyahısına başçılıq edən iqtisadçı Gevorq Karapetyan birgə mülkiyyət hüququ ilə Martunidə sahəsi 400 kvadratmetr olan fərdi evə sahibdir. O, 1996-cı il istehsalı olan “Mercedes” markalı avtomobil bəyan edib”, - deyə bildirib.
Vurğulanıb ki, Karapetyan son 12 ayda “Bless” universal kredit təşkilatından 3 milyon dram əməkhaqqı alıb. AMDBC siyahısının 1-ci nömrəsi pul vəsaiti bəyan etməyib.
“9. “Koçari milli dirçəliş və millətin oyanışı” partiyası
“Koçari milli dirçəliş və millətin oyanışı” partiyasının siyahısında 1-ci nömrə Artak Sarkisyandır. O, sahəsi 0.75 hektar olan bir torpaq sahəsi bəyan edib.
“Sarkisyan Fish” MMC-dən Artak Sarkisyan 1.5 milyon dram əməkhaqqı alıb, Küveytdə yerləşən “Artur Braders Legacy Kuwait” şirkətindən isə 6000 Küveyt dinarı, təxminən 7.1 milyon dram əldə edib.
10. “Erməni Milli Konqresi” partiyası
“Erməni Milli Konqresi” partiyasının seçki siyahısına başçılıq edən Levon Zurabyan sahələri 250 kvadratmetr olan fərdi ev, 120 kvadratmetr olan yay evi, 70 kvadratmetr olan mənzil və 0.1 hektar torpaq sahəsi bəyan edib.
Bəyanata görə, hesabat dövründə Zurabyanın heç bir gəliri olmayıb. O, 8 milyon dram bəyan edib.
11. “Respublika” partiyası
“Respublika” partiyasının siyahısına rəhbərlik edən Aram Sarkisyan Ararat kəndində sahəsi 800 kvadratmetr olan fərdi evə sahibdir. Sarkisyanın 2 avtomobili var: 2025-ci il istehsalı “L7” və 1994-cü il istehsalı “Mercedes”.
Sarkisyan 100 min dollardan çox dəyəri olan qələm kolleksiyası və onun üçün qiymətsiz olan bir ikon bəyan edib.
Son 12 ayda Aram Sarkisyan “Qaliq” MMC-dən 21.1 milyon dram dividend alıb, Ermənistan hökumətindən isə 1.4 milyon dram pensiya əldə edib”, - deyə nəşr bildirib.
“Hetq” yazıb ki, Sarkisyan 30.4 milyon dram, 100.000 dollar və 10.000 avro bəyan edib.
“Aram Sarkisyan 3 şirkətdə pay sahibidir. Ona “Qaliq” MMC-nin 50 faizi, “Xüsusi sement” MMC-nin 45 faizi və “Kavaşen” MMC-nin 25 faizi məxsusdur.
12. “Xristian-demokratik” partiyası
“Xristian-demokratik” partiyasının siyahısının 1-ci nömrəsi Levon Şirinyan birgə mülkiyyət hüququ ilə sahəsi 56 kvadratmetr olan mənzil bəyan edib.
Şirinyan son 12 ayda Milli Elmlər Akademiyasından 256 min dram əməkhaqqı, Pedaqoji Universitetdən 57 min dram alıb. Şirinyan həmçinin 79.000 dram pensiya alıb. O, pul vəsaiti bəyan etməyib.
13. “Alyans” tərəqqipərvər sentrist partiyası
“Alyans” tərəqqipərvər sentrist partiyasının siyahısında 1-ci sırada Aşot Qalstyan dayanır. O, “Hay. Şin. Po.” MMC-də mühəndis işləyir. Bu şirkətdən 70.000 dram əməkhaqqı alıb. Qalstyan həmçinin 61.500 dram pensiya alıb.
Aşot Qalstyan İrəvanda yerləşən, sahəsi 95.4 kvadratmetr olan mənzil və 2004-cü il istehsalı olan “Mercedes Benz” bəyan edib. Onun pul vəsaitləri 1.1 milyon dram təşkil edib.
14. “Demokratik birləşmə” partiyası
“Demokratik birləşmə” partiyasının siyahısının 1-ci nömrəsi Suren Petrosyandır. O, İrəvanda yerləşən, sahələri 104.5 və 47.6 kvadratmetr olan iki mənzil və Tavus bölgəsində yerləşən, sahəsi 950 kvadratmetr olan bir torpaq sahəsi bəyan edib”, - deyə müəllif qeyd edib.
Nəşr vurğulayıb ki, Petrosyanın 2 avtomobili var: 2008-ci il istehsalı “Skoda” və 2018-ci il istehsalı “Genesis”.
“Suren Petrosyan “Ed el veis frans” şirkətindən 178.000 avro dividend alıb. Onun pul vəsaitləri 4.7 milyon dram təşkil edib.
15. “Demokratiya, qanun, intizam” partiyası
“Demokratiya, qanun, intizam” partiyasının seçki siyahısında 1-ci sırada vəkil Levon Bağdasaryan dayanır. O, sahələri 213 və 171 kvadratmetr olan iki yaşayış evi, sahəsi 187.3 kvadratmetr olan mənzil, ümumi sahəsi 5210.9 kvadratmetr olan 6 torpaq sahəsi və torpaq sahəsi 96 kvadratmetr, binası 41.3 kvadratmetr olan ticarət və xidmət obyekti bəyan edib.
“Vəkillər bürosu ‘Lev Qrup’” MMC-dən Bağdasaryan 1.6 milyon dram əməkhaqqı və 69.6 milyon dram borc alıb.
16. “Vətəndaş Müqaviləsi” partiyası
Baş nazir Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının siyahısının 1-ci nömrəsidir. O, İcevanda sahəsi 201.5 kvadratmetr olan yaşayış evi bəyan edib.
Paşinyan son 12 ayda 31.8 milyon dram əməkhaqqı və mükafat alıb. “Vətəndaş Müqaviləsi” partiyasından Paşinyan 500.000 dram royaltı əldə edib. Yarım milyon dollar da baş nazirə “Zayed” insan qardaşlığı mükafatı komissiyasından verilib.
Nikol Paşinyanın bank hesablarında, bəyanatı doldurduğu günə olan vəziyyətə görə, 4 milyon dram olub, nağd pulu isə 700.000 dram və 800 dollar təşkil edib.
17. “Hayastan” bloku
İkinci prezident Robert Köçəryan, “Hayastan” blokunun siyahısına rəhbərlik edir. Onun İrəvanda sahəsi 1715.7 kvadratmetr olan yaşayış evi var. O, həmçinin Stepanakertdə yerləşən, sahəsi 195.83 kvadratmetr olan mənzil bəyan edib”, - deyə məqalədə bildirilib.
“Hetq” qeyd edib ki, Köçəryan hesabat dövründə istiqrazlardan və bank faizlərindən 34.700 dollar və 2 milyon 599 min rubl alıb. İkinci prezident 15.1 milyon dram pensiya alıb.
“Robert Köçəryan 15.3 milyon dram, 772.000 dollar və 14.7 milyon rubl bəyan edib.
18. “Respublikanın demokratiya müdafiəçiləri naminə ittifaq” partiyası
“Respublikanın demokratiya müdafiəçiləri naminə ittifaq” partiyasının 1-ci nömrəsi Arman Babacanyandır. Onun İrəvanın Nork-Nork inzibati rayonunda sahəsi 103.6 kvadratmetr olan mənzili var. O, həmçinin ümumi sahəsi 3000 kvadratmetr olan 3 torpaq sahəsi bəyan edib.
Babacanyanın 2011-ci il istehsalı olan “Toyota LC” avtomobili var.
“Skizb media mərkəzi” qapalı səhmdar cəmiyyətindən Babacanyan 230 milyon dram dividend alıb. Onun 12 milyon dram nağd pulu var.
19. “Açıq Ermənistan” partiyası
“Açıq Ermənistan” partiyasının seçki siyahısının 1-ci nömrəsi Edmon Marukyandır.
Edmon Marukyanın 2 mənzili var: biri İrəvanda yerləşən və sahəsi 121.7 kvadratmetr olan mənzil, digəri isə Vanadzorda yerləşən və sahəsi 51.54 kvadratmetr olan mənzildir. Ona İrəvanda sahəsi 18.8 kvadratmetr olan qaraj və 2024-cü il istehsalı olan “Toyota Camry” də məxsusdur.
“Açıq Ermənistan” partiyasının rəhbəri hesabat dövründə 4 milyon 774 min dram gəlir əldə edib. Marukyan “Kontinental treydinq kampni” MMC-dən 2.3 milyon dram əməkhaqqı, “Qlobal Ritayl” MMC-dən 2 milyon 281 min dram alıb. Liberal Siyasət İnstitutundan 189 min dram qonorar əldə edib. Marukyanın pul vəsaitləri 23 milyon dram və 1565 avro təşkil edir.
Namizədlərin təqdim etdiyi bəyanatlar göstərir ki, onlar təkcə ideyaları və proqramları ilə deyil, maliyyə vəziyyətləri ilə də bir-birindən fərqlənirlər. Milyonçu namizədlərin yanında gəliri və pul vəsaiti olmayanlar da var”, - deyə nəşr vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az