Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Hak jurnalistlərə bildirib ki, hadisələrdən birində Livanın Əl-Bəyada şəhərinin cənubunda tank Livan Qırmızı Xaç Cəmiyyətini müşayiət edən sülhməramlıları dayandırıb, əsas topunu karvana yönəldib və ərazini tərk etmələrini əmr edib.
Daha sonra karvan yoluna davam edə bilib.
Hakın sözlərinə görə, ikinci hadisə zamanı İsrail tankı Nakura yaxınlığında UNIFIL patrulunun yolunu qısa müddətə bağlayıb.
“Bu cür məhdudiyyətlər UNIFIL-in sərbəst hərəkətinə hörmət göstərilməsi öhdəliyi ilə uyğun gəlmir. Biz bütün tərəfləri bu öhdəliyə tam əməl etməyə çağırırıq”, - deyə o bildirib.
Hak əlavə edib ki, İsrail hərbçilərinin atdığı üç mərmi Livan-İsrail sərhədi yaxınlığındakı Rmeyş kəndi ətrafında, UNIFIL mövqeyindən təxminən 70 metr məsafədə partlayıb.
UNIFIL daha əvvəl Əl-Bəyadada BMT mövqeyi daxilində bir zərbə və yaxınlıqda daha bir partlayış nəticəsində binalara maddi ziyan dəydiyini açıqlamışdı.
Sevinc Əliyeva
Ordu.az