Ordu.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Netanyahu Qüds gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib ki, İsrail son iki ildə xalqının, dövlətinin, ordusunun və irsinin gücünü bütün dünyaya nümayiş etdirib.
“Biz bütün girovlarımızı son nəfərinə qədər geri qaytardıq. Elə insanlar var idi ki, bizə geri çəkilməyi deyirdilər. Biz geri çəkilə bilməzdik. Bu gün 60 faizə nəzarət edirik, sabah görəcəyik”, - deyə Netanyahu vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az