Bundesver: Rusiya ən gec 2029-cu ildə NATO-ya hücum edə bilər

2026/05/1778870675.jpg
Oxunub: 445     22:42     15 May 2026    
Bundesverin baş müfəttişi Karsten Broyer bildirib ki, Rusiya ən gec 2029-cu ildə NATO ölkələrinə hücum edə bilər.

Ordu.az xəbər verir ki, Broyer bu barədə “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində danışıb.

“Müxtəlif göstəricilər, silahlanmanın və şəxsi heyətin artırılması, iqtisadi və siyasi hadisələr bir nöqtədə üst-üstə düşür: 2029-cu il. Bu, daha tez baş verə bilərmi? Bəli”, - deyə o bildirib.

General ABŞ qoşunlarının Almaniyadan çıxarılması və Vaşinqtondan gələn ziddiyyətli siqnallar fonunda NATO-nun birliyini xüsusi vurğulayıb.

“Bizim problemimiz Moskvadadır və başqa heç yerdə deyil”, - deyə Broyer qeyd edib.

Onun sözlərinə görə, Almaniyaya artıq indi lazım gəldikdə dərhal döyüş əməliyyatlarına qoşula biləcək silahlı qüvvələr lazımdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bundesver   NATO  


Bizi "telegram"da izləyin