Ordu.az xəbər verir ki, Pezeşkian paylaşımında dil və ədəbiyyatın ölkənin milli kimliyinin qorunmasındakı rolunu vurğulayıb.
İran Prezidenti “Şahnamə” poemasından məşhur misraları sitat gətirib:
“Əgər İran olmasa, qoy mənim bədənim də olmasın.
Qoy bu torpaqda və bu diyarda bir nəfər də qalmasın”.
Pezeşkian bildirib ki, Firdovsi “Şahnamə” əsəri ilə İranın tarixi və mədəni özünəməxsusluğunu əbədiləşdirib və qəhrəmanlıq ideyasını ədalət anlayışı ilə birləşdirib.
O qeyd edib ki, bu gün də İran övladları qədim epos qəhrəmanları kimi öz ölkələrinin təhlükəsizliyi və ləyaqətinin müdafiəsi üçün zalımlara qarşı dayanırlar.
Sevinc Əliyeva
Ordu.az