ABŞ enerji naziri Hörmüz boğazının əhəmiyyətinin azalacağını gözləyir

2026/05/1778869783.jpg
Oxunub: 448     22:28     15 May 2026    
ABŞ energetika naziri Kris Rayt bildirib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Yaxın Şərqin digər ölkələrindən keçən boru kəmərlərinin ötürücülük qabiliyyətinin artacağı gözlənilir.

Ordu.az xəbər verir ki, Rayt bu barədə CNBC-yə müsahibəsində danışıb.

Raytın sözlərinə görə, bunun nəticəsində Hörmüz boğazının neft və qazın qlobal tədarükü baxımından əhəmiyyəti azalacaq.

“Fars körfəzi regionundan enerji digər marşrutlarla tədarük olunacaq. Məncə, biz Hörmüz boğazının əhəmiyyətinin azalmasının şahidi olacağıq, lakin bu, həmin ölkələrdə enerji istehsalının və enerji təchizatının əhəmiyyətinin azalması demək deyil”, - deyə o bildirib.

ABŞ enerji naziri əlavə edib ki, bu ölkələr ABŞ-nin böyük müttəfiqləridir və dünyada əsas enerji təchizatçıları hesab olunurlar.

“Biz bu regionda rifahın, sülhün və iqtisadi inkişafın geri qayıtdığını görməliyik”, - deyə Rayt vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin