Hindistan və BƏƏ strateji müdafiə tərəfdaşlığı çərçivəsini razılaşdırıb

2026/05/1778869624.jpg
Oxunub: 412     22:16     15 May 2026    
Hindistan və Birləşmiş Ərəb Əmirlikləri cümə günü strateji müdafiə tərəfdaşlığı çərçivəsini razılaşdırıblar.

Ordu.az xəbər verir ki, bu barədə Hindistan XİN məlumat yayıb.

“Reuters”in yazdığına görə, qərar İranda davam edən müharibə fonunda qəbul olunub.

Məlumata əsasən, Hindistanın Baş naziri Narendra Modinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı tərəflər neftin strateji ehtiyatları və mayeləşdirilmiş neft qazının tədarükü ilə bağlı sazişlər də imzalayıblar.

“İki tərəf müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi, həmçinin innovasiya və qabaqcıl texnologiyalar, kadr hazırlığı, təlimlər, dəniz təhlükəsizliyi, kibermüdafiə, təhlükəsiz rabitə və informasiya mübadiləsi sahələrində tərəfdaşlığın genişləndirilməsi barədə razılığa gəlib”, - deyə Hindistan XİN-in açıqlamasında bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin