TEKNOFEST “Mavi Vətən” avqustun 20-23-də keçiriləcək

2026/05/1778862362.jpg
Oxunub: 579     20:08     15 May 2026    
TEKNOFEST 2026 çərçivəsində avqustun 20-23-də “Gölcük” Gəmiqayırma Zavodu Komandanlığında keçiriləcək TEKNOFEST “Mavi Vətən” tədbiri texnologiya həvəskarlarını dənizçilik və sualtı texnologiyaları ətrafında bir araya gətirəcək.

Ordu.az xəbər verir ki, bu barədə TEKNOFEST məlumat yayıb.

Məlumata görə, ötən il ilk dəfə İstanbulda təşkil olunan TEKNOFEST “Mavi Vətən” tədbiri böyük iştirakçı sayı ilə baş tutub.

Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST çərçivəsində keçirilən tədbir yerli və milli dəniz platformalarından sualtı texnologiyalarına qədər uzanan zəngin məzmunu və yarışmaları ilə seçilir.

Bu il tədbir avqustun 20-23-də Türkiyənin Sənaye və Texnologiya Nazirliyi, Milli Müdafiə Nazirliyi və Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) əsas təşkilatçılığı ilə “Gölcük” Gəmiqayırma Zavodu Komandanlığının ev sahibliyində keçiriləcək.

TEKNOFEST “Mavi Vətən”in məqsədi Türkiyənin dənizçilik sahəsindəki gücünü və qabaqcıl texnologiya imkanlarını gənc nəsillərlə bir araya gətirərək yerli və milli texnologiyalar ətrafında güclü gələcək konsepsiyası formalaşdırmaqdır.

Tədbirdə İnsansız Sualtı Sistemlər Yarışması, Sualtı Raket Yarışması və İnsansız Dəniz Platforması Yarışması vasitəsilə gənclər öz ideyalarını texnologiyaya çevirəcəklər.

Gənc mühəndis namizədləri və sahibkarlar hazırladıqları layihələrlə Türkiyənin dənizlərdəki gələcəyinə istiqamət verəcəklər.

Tədbir müddətində TEKNOFEST-in tərəfdaş qurumları da stend sahələrində fəaliyyətlərini təqdim edəcək və ziyarətçilərlə qarşılıqlı əlaqədə olacaqlar.

TEKNOFEST “Mavi Vətən”də donanmanın mühüm gəmilərinin nümayiş olunduğu sərgilər, virtual reallıq eynəkləri ilə təcrübədən keçirilə biləcək oyun sahələri, dənizçilik mədəniyyətini yaşatmağı hədəfləyən yarışmalar, xatirə şəkilləri üçün xüsusi məkanlar, SAT və SAS Komandanlığı şəxsi heyətinin nümayişləri, dənizçilik tarixini əks etdirən təcrübə sahələri, müxtəlif konfrans və sərgilər də daxil olmaqla çoxsaylı tədbirlər təşkil olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TEKNOFEST   Türkiyə  


Bizi "telegram"da izləyin