“Mehr News”: ABŞ münaqişənin həlli ilə bağlı İranın planını rədd edib

2026/05/1778133830.jpg
Oxunub: 376     15:52     15 May 2026    
ABŞ hakimiyyəti münaqişənin mümkün nizamlanmasına yönəlmiş İranın 14 bəndlik planını rədd edib.

Ordu.az xəbər verir ki, bu barədə mayın 15-də İranın “Mehr News” agentliyi məlumat yayıb.

“ABŞ hökuməti müharibənin dayandırılması ilə bağlı İranın yazılı təklifinə cavab verib. Tehranun təkliflərini rədd etməklə, ABŞ öz şantaj mövqeyini bir daha təsdiqləyib”, - deyə materialda bildirilir.

Agentliyin məlumatına görə, İran tərəfinin təklifi danışıqlar prosesinin iki mərhələli quruluşuna əsaslanıb.

Birinci mərhələ hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutub. İkinci mərhələ isə Tehran şərtləri yerinə yetirildiyi təqdirdə nüvə məsələsi üzrə danışıqların başlanmasını ehtiva edib.

“Fars” agentliyi mayın 12-də bildirmişdi ki, İran ABŞ-yə münaqişənin həlli ilə bağlı danışıqlar prosesini yenidən başlatmaq üçün beş tələb irəli sürüb.

Həmin tələblər “bütün cəbhələrdə, xüsusilə Livanda müharibənin dayandırılması”, “anti-İran sanksiyalarının ləğvi”, “İran vəsaitlərinin dondurulmasının aradan qaldırılması”, “müharibənin vurduğu zərərin kompensasiyası” və “Hörmüz boğazı üzərində İranın suverenliyinin tanınması”ndan ibarət olub.

Eyni günlərdə ABŞ prezidenti Donald Tramp da İranla yaxşı razılaşma əldə etmək istədiyini bildirmiş və vəziyyətin gələcək inkişafını gözlədiyini demişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin