Qazaxıstan üçün ANKA istehsal bazası yaradaılacaq

2026/05/Ekran-1778843277.jpg
Oxunub: 594     15:03     15 May 2026    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə iki ölkə arasında 13 saziş imzalanıb.

Ordu.az xəbər verir ki, Ərdoğanın Astanadakı Müstəqillik Sarayında Tokayevlə təkbətək görüşündən və Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında iştirakından sonra imza mərasiminə keçilib.

Türkiyə prezidentinin Qazaxıstana səfəri çərçivəsində çoxsaylı sazişlər imzalanıb və bu sənədlər iki ölkə münasibətlərini “inkişaf etdirilmiş strateji tərəfdaşlıq” səviyyəsindən yeni mərhələyə daşıyıb.

Astanada keçirilən sammitdə müdafiə sənayesindən enerji sahəsinə, maliyyədən təhsilə qədər strateji əhəmiyyət daşıyan 13 yeni əməkdaşlıq sazişi imzalanıb.

Bu çərçivədə TUSAŞ tərəfindən hazırlanan ANKA insansız uçuş aparatlarının Qazaxıstanda istehsalı və təmiri üçün birgə müəssisə yaradılmasına dair saziş də imzalanıb.

Qazaxıstanın ANKA tədarükü

Jurnalist Güntay Şimşek tərəfindən “Haber Türk”də qələmə alınan yazıda bildirilir ki, TUSAŞ-ın ANKA insansız uçuş aparatı ilə bağlı Qazaxıstanla bir müddətdir davam edən danışıqlar nəticəsində 2021-ci ilin oktyabrında imzalar atılıb.

2021-ci ilin mayında Qazaxıstanla imzalanan hərbi əməkdaşlıq sazişində “kəşfiyyat və hücum Pilotsuz Uçuş Aparatlarında (PUA) taktiki və təcrübə mübadiləsi” maddəsi də yer almışdı. “Bayraktar” TB2 tədarük edən Azərbaycan və Türkmənistandan sonra Qazaxıstan Türkiyədən zərbə PUA-sı alan üçüncü ölkə olmuşdu.

2022-ci ildə isə TUSAŞ ilə “Qazaxıstan Engineering” şirkəti arasında anlaşma memorandumu imzalanmışdı. Həmin sazişlə ANKA PUA-larının Qazaxıstanda birgə istehsalı nəzərdə tutulmuşdu. Birgə istehsalla yanaşı, texnologiya transferi və texniki xidmət-təmir prosesləri üzrə də əməkdaşlıq planlaşdırılırdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   ANKA  


Bizi "telegram"da izləyin