Ordu.az xəbər verir ki, o, karbohidrogen yataqlarının işlənməsindən faydalı qazıntıların daşınmasına qədər müxtəlif məsələlərin gündəmə gəldiyini qeyd edib.
Ərdoğan enerji təhlükəsizliyinin əsaslarının möhkəmləndirilməsi və enerji mənbələrinin şaxələndirilməsi barədə də danışıb.
“Biz istəyirik ki, Qazaxıstandan böyük həcmdə neft ölkəmizin ərazisi vasitəsilə dünya bazarlarına çatdırılsın. Biz Xəzər dənizi üzərindən keçən Orta Dəhlizin canlandırılması istiqamətində çalışırıq, dəmir yolu əlaqələrimizi, liman infrastrukturumuzu və rəqəmsal gömrük sistemlərimizi inteqrasiya edirik.
Məqsədimiz yalnız ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq deyil, həm də Avrasiya bölgəsi üçün qlobal iqtisadiyyatda daha rəqabətli mövqe təmin etməkdir”, - deyə Ərdoğan vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az