Ordu.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Onlar hərbi yolla məqsədlərinə çata bilməyəcəklər. Amma diplomatiya yolu seçilərsə, vəziyyət fərqli olacaq. Biz artıq qarşılıqlı fəaliyyəti başlamışıq, lakin bu yolda çoxlu problemlər var. Ən əsas problem ABŞ tərəfindən müxtəlif bəyanatlar, müsahibələr və rəsmi mövqelər vasitəsilə bizə ötürülən ziddiyyətli siqnallardır”, - deyə Əraqçi Hindistanın “Doordarshan” telekanalına açıqlamasında bildirib.
Nazirin fikrincə, Vaşinqton artıq anlayıb ki, İrana qarşı hərbi əməliyyatlarla heç bir məqsədə nail ola bilməyəcək.
Mayın 10-da İran Pakistan vasitəsilə Fars körfəzi bölgəsində münaqişənin nizamlanmasına dair ABŞ təkliflərinə cavabını çatdırıb.
ABŞ-nin “The Wall Street Journal” qəzetinin mənbələrinə görə, Tehran Vaşinqtonun tələb etdiyi kimi nüvə obyektlərini sökməkdən imtina edib.
Nəşrin məlumatına əsasən, İran tərəfi uranın zənginləşdirilməsinin dayandırılmasına razı ola biləcəyini bildirib, lakin ABŞ-nin tələb etdiyi 20 il müddətinə deyil.
Daha sonra ABŞ prezidenti Donald Tramp Tehranın cavabını qəbuledilməz adlandırıb.
Sevinc Əliyeva
Ordu.az