Friederike Hettinger: "Azərbaycan rəqəmsal texnologiyalar sahəsində regionda lider ölkə olmağa namizəddir"

2026/05/Ekran-1778742002.jpg
Oxunub: 325     10:33     14 May 2026    
Azərbaycan Qafqazın rəqəmsal istedad mərkəzinə çevrilməsi üçün bütün ilkin şərtlərə malikdir.

Ordu.az xəbər verir ki, bunu "TUM International GmbH"nın (TUMint) icraçı direktoru Friederike Hettinger AZCON Mühəndislik və Texnologiya Məktəbinə (AZSET) həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, AZSET bu potensialı üzə çıxaracaq müəssisədir: "Azərbaycan Avropa, Mərkəzi Asiya və Yaxın Şərq arasında strateji qovşaqdır. Ölkə inanılmaz dərəcədə gənc və iddialı əhaliyə, karbohidrogenlərdən kənarda iqtisadiyyatın diversifikasiyası üzrə aydın şəkildə formalaşdırılmış milli strategiyaya və sürətlə inkişaf edən rəqəmsal infrastruktura malikdir. Çatışmayan istedad deyil, yüksək potensiallı tələbələri kompüter elmləri, süni intellekt və kibertəhlükəsizliyin ön cəbhəsinə çıxaran strukturlaşdırılmış yol idi. Məhz bu boşluğu doldurmaq üçün AZSET nəzərdə tutulub".

O bildirib ki, proqramda fərqlənən tələbələr hər il BMW və "Siemens" kimi böyük korporasiyalarla görüşmək üçün Münhenə yay düşərgəsinə gedəcəklər: "Biz kompüter elmləri üzrə bakalavr proqramı ilə başlayırıq və kompüter mühəndisliyi üzrə bakalavr proqramı ilə davam edirik. Hər ikisi TUM təqaüdçüləri və AZSET Məktəbinin müəllimləri tərəfindən birgə tədris olunur. Paralel olaraq, Azərbaycan professor-müəllim heyəti üçün onlayn və Münhenə, Almaniyadakı çoxsaylı kampuslarımıza tədris səfərləri vasitəsilə intensiv ixtisasartırma proqramı həyata keçiririk".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hettinger   Azərbaycan  


Bizi "telegram"da izləyin