Ordu.az xəbər verir ki, bunu siyasi ekspert Cavid Vəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Prezident İlham Əliyevin Zəngilan şəhər sakinləri ilə görüşü zamanı səsləndirdiyi tezislərə həsr olunmuş dəyirmi masada deyib.
O bildirib ki, sərhədlərin açılması Ermənistandakı seçkilərə təsir etməyəcək:
"Türkiyə və Ermənistan sərhədində müəyyən işlər, təmir-bərpa aparılır. Türkiyənin mövqeyindən açıq görünür ki, bu proses Azərbaycanla məsləhətləşmələr fonunda həyata keçirilir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd edib".
Ordu.az