Ermənistan KİV-i: Türkiyənin qərarı nə verəcək?

2026/05/1778738544.jpg
Oxunub: 454     09:59     14 May 2026    
“2022-ci ildən davam edən münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıq işləri başa çatıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Bildirilib ki, artıq Türkiyədən üçüncü ölkələr vasitəsilə Ermənistana göndərilən və ya eyni marşrutla çatdırılan məhsulların üzərində son təyinat məntəqəsi və ya mənşə ölkəsi kimi “Ermənistan/Türkiyə” qeyd oluna bilər.

Xatırladaq ki, bir gün əvvəl İrəvanın Şenqavit rayonunda seçki kampaniyası zamanı xarici işlər naziri Ararat Mirzoyan Nikol Paşinyanın qulağına “welcome” deyək, türklər bu gün açırlar, təbrik mətni hazırlayaq” sözlərini pıçıldayıb”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, bundan sonra Ermənistan Xarici İşlər Nazirliyi təbrik mətni yayıb və bu qərarın Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin növbəti nəticəsi olduğunu bildirib.

Nəşr sual edir ki, bu qərar Ermənistana nə verəcək?

Məqalədə qeyd olunur ki, əvvəllər Ermənistan Türkiyənin məhsul ixrac və idxal etdiyi ölkələr siyahısında yer almırdı, buna görə də mallar Ermənistana təkrar ixrac olunurdu.

“İndi isə vəziyyət dəyişir və həmsöhbətimiz olan sahibkarın sözlərinə görə, Türkiyədən Ermənistana məhsul idxalı bir qədər ucuzlaşacaq və bundan idxalçılar qazanacaqlar. Əvəzində isə yerli istehsalçı zərər görəcək. Bununla belə, hakimiyyət bu cüzi dəyişikliyi misilsiz nailiyyət kimi təqdim edir”, - deyə nəşr bildriib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin