Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hrparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, “Vətəndaş Müqaviləsi” partiyası bu məsələdən ciddi narahatdır.
Bildirilir ki, hakimiyyət öz mövqeyini qorumaq üçün istənilən addımı atmağa, hətta qan tökməyə belə hazırdır.
“Bununla yanaşı, hakimiyyət daxilində bunun mümkün nəticələrini anlayan şəxslər də var. Onlar hesab edirlər ki, saxtalaşdırılmış və zorla saxlanılan hakimiyyət ən zəif hakimiyyət formasıdır və çoxsaylı amillərdən asılı vəziyyətdə qalır.
Əgər müxalifət seçki nəticələri ilə barışmasa, mandatlardan imtina etsə və küçələrdə siyasi böhran yaradaraq mübarizəni davam etdirsə, gec-tez xarici mərkəzlər də vəziyyəti nəzərə alacaq.
Hakimiyyət dairələri hesab edir ki, bu halda zor gücünə hakimiyyəti saxlamaq cəhdləri bağışlanmaya bilər”, - deyə nəşr vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az