Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşrin məqaləsində bunun “Nikol Paşinyanın şəkli olmayan divar qalmasın” prinsipi ilə həyata keçirildiyi bildirilib.
Qeyd olunur ki, partiya strukturları və dövlət qurumları bu işə fəal şəkildə cəlb olunublar. Şəkillərin harada vurulmasının qanunla icazəli olub-olmamasına isə əhəmiyyət verilmir.
“İlk növbədə seçki qərargahlarının divarlarına iri plakatlar yerləşdirilir. Paytaxtın bəzi küçələrində hətta eyni küçədə 2-3 qərargah açılıb.
Gün ərzində həmin qərargahlara demək olar heç kim daxil olmur, yoldan keçənlər isə onlara qarşı müxtəlif fikirlər səsləndirirlər. Bununla belə əsas məqsəd Nikol Paşinyanın böyük şəklinin hamının görəcəyi yerdə yerləşdirilməsidir.
“Vətəndaş Müqaviləsi” tərəfdarları artıq yaşayış binalarının idarəetmə qurumlarının divarlarına da bu şəkilləri vururlar. Hətta bəzi binalar qeyri-rəsmi qərargaha çevrilib”, - deyə nəşr bildirib.
Müəllif qeyd edib ki, bBununla paralel olaraq yerli idarəetmə orqanlarının ticarət şöbələrinin xüsusilə kiçik mağaza sahiblərinə təzyiq göstərərək Paşinyanın şəklini mağazalarının divarına vurmağı tələb etdikləri iddia olunur.
“İmtina halında mümkün “narahatlıqlara” işarə edilir. Nəticədə isə belə mağazaların ticarət dövriyyəsinin kəskin azaldığı bildirilir. Çünki daimi müştərilərin əksəriyyəti Paşinyanın şəkli divardan götürülənədək həmin mağazalara daxil olmaqdan imtina edir”, - deyə müəllif yazıb.
Alpər Mövludoğlu
Ordu.az