Azərbaycan səfiri etimadnaməsini Yaponiya İmperatoruna təqdim edib

2026/05/1778734864.jpg
Oxunub: 367     09:00     14 May 2026    
Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov etimadnaməsini bu ölkənin İmperatoru Naruhitoya təqdim edib.

Ordu.az-ın məlumatına görə, diplomat bu barədə "X" sosial şəbəkəsində xəbər verib.

"Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mənə həvalə etdiyi mühüm missiyanı yerinə yetirərək, Azərbaycan Respublikasının Yaponiyadakı səfiri kimi etimadnaməmi əlahəzrət İmperatora təqdim etdim", - F.Talıbov yazıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Yaponiya  


Bizi "telegram"da izləyin