Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizəd Robert Köçəryan “Hayastan” blokunun nümayəndələri və Artik sakinləri ilə görüşdə deyib.
“Vədlərin əvəzinə müharibə, itkilər və qurbanlar oldu. 2021-ci ildə Paşinyan xalqı inandırdı ki, ən yaxşı niyyətlərlə hərəkət edib və xalq yenidən ona inandı. İndi hər şey təkrarlanır”, - deyə o bildirib.
Erməni syasətçi qeyd edib ki, vəziyyət artıq məntiq çərçivəsinə sığmır.
“Xalqa yenə deyirlər ki, günahkar keçmişdəkilərdir, kim olur-olsun, amma Paşinyan deyil. Siz bu yolla getməyə hazırsınız? Mən hazır deyiləm”, - deyə Köçəryan bildirib.
O xatırladıb ki, 2021-ci ildə Fransa meydanında etiraz aksiyaları Paşinyanın Qarabağ məsələsində “planı aşağı salmaq” lazım olduğunu bəyan etməsindən sonra başlayıb.
Köçəryan bildirib ki, Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.
“Əgər Paşinyan 2026-cı ildə seçilsə, Zəngəzur da sual altına düşəcək. Mən dəfələrlə demişəm ki, əgər baş nazir türk agenti olsaydı, yenə eyni şeyi edəcəkdi”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az