Köçəryan Rusiyanın mümkün reaksiyasından danışıb: “Bunun əvəzini Paşinyan yox, xalq ödəyəcək”

2026/05/1778686491.jpg
Oxunub: 454     19:32     13 May 2026    
Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizəd Robert Köçəryan İrəvanın addım və bəyanatlarına Rusiyanın mümkün reaksiyasını şərh edib.

Ordu.az xəbər verir ki, o, bu barədə “Hayastan” blokunun nümayəndələri və Artik sakinləri ilə görüşdə danışıb.

Köçəryan rusiyalı tanınmış şəxslərin çıxışlarını izləməyi tövsiyə edib.

“Mən izləyirəm və başa düşürəm ki, bu, heç bir yaxşı nəticəyə aparmır”, - deyə o bildirib.

Erməni siyasətçi qeyd edib ki, mümkün nəticələr çox ağır ola bilər.

“Amma bunun əvəzini Paşinyan yox, xalq ödəyəcək. O, başqalarının ağlamasına öyrəşib, özü isə ortaya çıxıb xalqı sevdiyini deyəcək”, - deyə Köçəryan istehza ilə qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin