Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Jazeera”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, bu, əksəriyyətin görmək istədiyi vəziyyətdir.
“Müharibədən əvvəl mövcud olan status-kvo hamını qane edirdi”, - deyə Fidan bildirib.
“Buna görə də böyük əksəriyyət tərəfindən qəbul edilməyə biləcək yeni tənzimləmə qaydalarının tətbiqi yeni münaqişə mənbəyinə çevrilə bilər və biz bunun baş verməsini istəmirik”, - deyə o əlavə edib.
Fidan İran və ABŞ-ni “yalnız bu iki ölkəyə deyil, bütün dünyaya təsir edən bu problemin real həllini tapmağa” çağırıb.
“Mən düşünürəm ki, hazırda hər iki tərəfdə müharibəni dayandırmaq üçün kifayət qədər iradə var”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.
Fidan, həmçinin qeyd edib: “Müharibə eskalasiyaya meyillidir, daha çox faciə və dram yaradır, həm dünya iqtisadiyyatı, həm də regional sabitlik üçün mənfi nəticələrə səbəb olur. Ümumilikdə hesab edirik ki, hər iki tərəf daimi nizamlanmaya nail ola bilər”.
Sevinc Əliyeva
Ordu.az