Ordu.az xəbər verir ki, Kaya Kallas bu barədə Avropa İttifaqı ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra çıxışı zamanı danışıb.
“Aspides” əməliyyatı artıq Qırmızı dənizdə gəmiçiliyin qorunmasına mühüm töhfə verir, lakin onun fəaliyyəti boğaza da şamil oluna bilər”, - deyə Kallas bildirib.
Kallas əlavə edib ki, bəzi dövlətlər artıq missiyada iştirak üçün əlavə gəmilər ayırmağa söz veriblər. Bu isə məsuliyyət zonasının genişləndirilməsi barədə qərar qəbul ediləcəyi halda əhəmiyyətli dəstək olacaq.
Sevinc Əliyeva
Ordu.az