Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin Strateji Təyinatlı Raket Qoşunlarının komandanı Sergey Karakayevin “Sarmat” raket kompleksinin uğurlu sınaqları ilə bağlı hesabatını qəbul edib.
“Bu, dünyanın ən güclü raket kompleksidir və güc baxımından silahlanmamızda hələ sovet istehsalı olan “Voyevoda” raket kompleksindən geri qalmır. Daşıdığı döyüş başlığının ümumi gücü mövcud Qərb analoqlarının ən güclüsündən dörd dəfədən çoxdur”, - deyə Putin bildirib.
O qeyd edib ki, raket yalnız ballistik deyil, həm də suborbital trayektoriya ilə hərəkət edə bilir ki, bu da 35 min kilometrdən çox tətbiq məsafəsini təmin edir.
Bununla yanaşı, dəqiqlik göstəricilərinin iki dəfə yaxşılaşdırıldığı və bütün mövcud, eləcə də perspektivli raketdən müdafiə sistemlərini dəf etmək imkanının olduğu vurğulanıb.
“Cari ilin sonuna qədər “Sarmat” həqiqətən döyüş növbətçiliyinə qəbul ediləcək”, - deyə Putin qeyd edib.
Sevinc Əliyeva
Ordu.az