Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Operator şirkətin açıqlamasına görə, İranın hücumları obyektin istehsal gücünün təxminən 40 faizini sıradan çıxarıb.
“ADNOC Gas” şirkəti bildirib ki, Əbu-Dabidə yerləşən və dünyanın ən böyük quru qaz emalı platformalarından biri hesab olunan “Habşan” kompleksi hazırda ümumi emal gücünün 60 faizi səviyyəsində fəaliyyət göstərir.
Şirkət 2026-cı ilin sonuna qədər bu göstəricini 80 faizə çatdırmaq, 2027-ci ildə isə tam gücə çıxmaq istiqamətində iş aparır.
Habşan enerji obyekti apreldə İranın artilleriya atəşinə məruz qalıb. Hücum nəticəsində yanğın baş verib və yerli KİV-in məlumatına görə, bir nəfər həlak olub.
Çərşənbə axşamı yayımlanan hesabatında “ADNOC Gas” 2026-cı ilin birinci rübü üzrə 1,1 milyard dollar xalis mənfəət əldə etdiyini açıqlayıb. Bu göstərici əvvəlki rüblə müqayisədə 8 faiz azdır.
Dövlət şirkəti bunu “regional qeyri-sabitliyin artması və bazardakı mürəkkəb vəziyyətlə” əlaqələndirib. Bildirilib ki, bu amillər enerji sektorunda ciddi fasilələrə və Hörmüz boğazında dəniz daşımalarının çətinləşməsinə səbəb olub.
Sevinc Əliyeva
Ordu.az