Pentaqon rəhbəri: “1,5 trilyon dollarlıq büdcə sayəsində ABŞ “dünyanın ən güclü ordusu” statusunu qoruyacaq”

2026/05/1778601424.jpg
Oxunub: 376     19:47     12 May 2026    
ABŞ müharibə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin elan olunmuş sədri general Den Keyn və Pentaqonun baş maliyyə direktoru Culs Herst III Nümayəndələr Palatasının ayırmalar komitəsinin müdafiə altkomitəsi qarşısında ifadə veriblər.

Ordu.az xəbər verir ki, Heqset çıxışına Tramp administrasiyasının müdafiə ehtiyacları üçün təqdim etdiyi 1,5 trilyon dollarlıq büdcə sorğusunu əsaslandırmaqla başlayıb.

Onun sözlərinə görə, bu vəsait ABŞ-nin dünyanın aparıcı hərbi gücü statusunu qoruyub saxlaması üçün həyati əhəmiyyət daşıyır.

“Prezident Trampa illərlə “Amerika sonuncu yerdədir” siyasəti nəticəsində zəiflədilmiş hərbi-sənaye sistemi miras qalıb”, - deyə ABŞ müharibə naziri bildirib.

“Biz bu sistemli geriləməni dayandırırıq və hərbi-sənaye kompleksimizi yenidən müharibə dövrünün iş rejiminə keçiririk. 1,5 trilyon dollarlıq büdcə ABŞ-nin dünyanın ən güclü və döyüş qabiliyyətli silahlı qüvvələrinə sahib ölkə olaraq qalacağının təminatıdır”, - deyə Heqset vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ  


Bizi "telegram"da izləyin