Ordu.az xəbər verir ki, İran hakimiyyəti öz növbəsində Hörmüz boğazı üzərində tam nəzarəti qoruduğunu və İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi icazəsi olmayan gəmilərin boğazdan keçməsinə qadağa qoyduğunu bildirir.
Ötən həftə “Al Jazeera” telekanalına müsahibəsində ABŞ Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi Tim Hokins qeyd edib ki, onların Hörmüz boğazında əsas prioritetləri ticarət gəmiləri üçün təhlükəsiz marşrutların təmin olunması və İran blokadasının davam etdirilməsidir.
Sevinc Əliyeva
Ordu.az