İsrail BƏƏ-ni qorumaq üçün “Iron Dome” və şəxsi heyət göndərib

2026/05/1778599883.jpg
Oxunub: 386     19:30     12 May 2026    
İsrail Birləşmiş Ərəb Əmirliklərinin müdafiəsini təmin etmək məqsədilə ölkəyə “Iron Dome” raketdən müdafiə batareyaları və onlara xidmət göstərən şəxsi heyət yerləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi açıqlama verib.

“Mən “İbrahim razılaşmaları”nın ilk iştirakçısı olan Birləşmiş Ərəb Əmirliklərinə minnətdarlığımı bildirmək istərdim”, - deyə Hakabi bildirib.

“Sadəcə üstünlüklərə baxın: İsrail onlara avadanlıqların istismarında kömək etmək üçün indicə “Iron Dome” batareyaları və şəxsi heyət göndərib”, - deyə o əlavə edib.

Hakabi yaxın vaxtlarda regionun yeni ölkələrinin “İbrahim razılaşmaları”na qoşulacağına “kifayət qədər nikbin” yanaşdığını da bildirib.

Qarşılıqlı tanınmanı nəzərdə tutan bu diplomatik saziş 2020-ci ildə imzalanıb. İsraillə rəsmi münasibətlərin qurulması prosesinə Bəhreyn də daxil olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   BƏƏ   Iron-Dome  


Bizi "telegram"da izləyin