İranda davamlı sülhə nail olmaq əzmi bəyan edilib

2026/04/1777437793.jpg
Oxunub: 397     17:54     12 May 2026    
İranın məqsədi davamlı sülhə nail olmaqdır.

Ordu.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının hökumət nümayəndəsi Fateme Mohacerani açıqlama verib.

“40 gün ərzində ən böyük hərbi gücə qarşı mübarizə apardıq. Biz hələ də hazırlıq vəziyyətindəyik, lakin eyni zamanda danışıqlar prosesinin gələcək taleyinin aydınlaşmasını gözləyirik. Əsas məqsədimiz davamlı sülhə nail olmaqdır”, - deyə onun sözlərini İranın SNN televiziya kanalı sitat gətirib.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıb. ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İslam Respublikası ilə iki həftəlik atəşkəs elan edib. İran tərəfinin məlumatına görə, müharibənin 40 günü ərzində ABŞ-İsrail zərbələri nəticəsində 3375 iranlı həlak olub.

Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparıblar, lakin bir sıra ziddiyyətlər səbəbindən tərəflər münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər.

Aprelin 21-də ABŞ lideri İranla atəşkəs rejimini uzatmaq niyyətində olduğunu bəyan edib. İran dövlət televiziyasının məlumatına görə, Tehran Vaşinqtonun birtərəfli qaydada elan etdiyi atəşkəsin uzadılmasını tanımaq niyyətində deyil və öz maraqlarına uyğun şəkildə hərəkət edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Sülh  


Bizi "telegram"da izləyin