"Hörmüz boğazının bağlanması sabitliyə böyük təzyiq göstərir" - Hakan Fidan

2025/01/1738142498.jpg
Oxunub: 376     16:20     12 May 2026    
Hörmüz boğazının bloklanmasının davam etməsi dünya iqtisadiyyatına və enerji təhlükəsizliyinə böyük təzyiq göstərir və bu problem həll etmək lazımdır.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Qətərli həmkarı Muhəmməd bin Əbdül Rəhman Əl-Tani ilə birgə mətbuat konfransında bildirib.

“Boğazın bağlanması dünya iqtisadiyyatı, enerji təhlükəsizliyi, eləcə də regionda iqtisadi və siyasi sabitliyinə böyük təzyiq göstərir. Dünyanın bütün hökumətləri bu iqtisadi təzyiqi tam şəkildə hiss edirlər. Buna görə də beynəlxalq ictimaiyyətin səyləri boğazın mümkün qədər tez açılması, həmçinin gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün razılaşmanın əldə olunmasına yönəlib”, – deyə Fidan

Türkiyəli nazir Pakistanın ABŞ–İran münaqişəsinin tənzimlənməsi istiqamətindəki vasitəçilik səylərini yüksək qiymətləndirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin