Saidov və Əraqçi regional vəziyyəti müzakirə ediblər

2026/05/1778592014.jpg
Oxunub: 444     17:08     12 May 2026    
Özbəkistan və İranın xarici işlər nazirləri Baxtiyor Saidov və Abbas Əraqçi telefon danışığı zamanı regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ordu.az xəbər verir ki, bu barədə Saidov sosial şəbəkələrdə məlumat yayıb.

"Beynəlxalq hüquq normalarına uyğun olaraq siyasət və razılaşmalar məsələlərinin tənzimlənməsinə üstünlük verərək, regional təhlükəsizlik məsələləri və aktual beynəlxalq problemlər ətrafında fikir mübadiləsi apardıq", - Saidov qeyd edib.

O, həmçinin bildirib ki, Əraqçi ilə iki ölkədə ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib və bu, qarşılıqlı maraq kəsb edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Saidov   Əraqçi  


Bizi "telegram"da izləyin