ABŞ Danimarka hökuməti ilə gizli danışıqlar aparır

2026/01/1769016413.jpg
Oxunub: 366     15:10     12 May 2026    
ABŞ Qrenlandiyada öz hərbi mövcudluğunu genişləndirməklə bağlı son aylar Danimarka hökuməti ilə aktiv şəkildə gizli danışıqlar aparır.

Ordu.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, ABŞ adanın cənubunda üç yeni baza açmaq istəyir.

Ağ Ev rəsmiləri bildiriblər ki, Tramp administrasiyası olduqca nikbin əhval-ruhiyyədədir və danışıqlar düzgün istiqamətdə irəliləyir.

Danimarka daha əvvəl Qrenlandiya ərazisində əlavə Amerika hərbi bazalarının yaradılmasını müzakirə etməyə hazır olduğunu bildirmişdi. Krallığın Xarici İşlər Nazirliyi ABŞ ilə danışıqların aparıldığını təsdiqləsə də hələlik təfərrüatları açıqlamayıb.

Rəsmilərin sözlərinə görə, yeni bazalar Danimarkaya məxsus adanın cənubunda yerləşəcək və ilk növbədə Rusiya və Çinin mümkün dəniz fəaliyyətinin müşahidəsinə yönələcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Danimarka  


Bizi "telegram"da izləyin