İsrail ordusu Livanın cənubunda xüsusi əməliyyat keçirib

2026/05/1778585795.jpg
Oxunub: 337     15:25     12 May 2026    
İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubunda şiə “Hizbullah” hərəkatının infrastrukturunu məhv etmək və Litani çayının cənubundakı ərazilər üzərində nəzarəti təmin etmək məqsədilə xüsusi əməliyyat keçirib.

Ordu.az xəbər verir ki, bu barədə çərşənbə axşamı ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ötən həftə 36-cı diviziyanın tərkibinə daxil olan “Qolani” briqadasının bölmələri Litani çayı bölgəsində terror infrastrukturunun məhv edilməsi və müdafiə xəttinin cənubunda yerləşən həmin ərazi üzərində operativ nəzarətin təmin olunması məqsədilə xüsusi əməliyyat həyata keçirib.

Bildirilib ki, əməliyyat çərçivəsində israilli hərbçilər “Hizbullah”a məxsus bir sıra yeraltı tunellər aşkarlayıblar.

Məlumata görə, həmin tunellərdə silah saxlanılıb.

Quru qoşunlarına həmçinin hərbi hava qüvvələrinin qırıcıları dəstək verib. Onlar Livanın cənubundakı 100-dən çox hərbi obyektə zərbələr endiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan   Hizbullah  


Bizi "telegram"da izləyin