Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Məlumata görə, hərbçilərdən biri heykəlin ağzına siqaret qoyub, digəri isə bunun şəklini çəkib.
Şəkil üçün poza verən hərbçi 21 gün hərbi həbsxanada qalacaq, onu şəkilə çəkən xidmət yoldaşı isə 14 gün həbsdə olacaq.
İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat katibi Ariella Mazor bildirib ki, hərbçilər bu hadisəyə çox ciddi yanaşırlar.
O, “X” sosial şəbəkəsində yazıb ki, İsrail ordusunda etiqad və dini ayin azadlığına, həmçinin bütün dinlərin və icmaların dini simvollarına hörmət edilir.
Sevinc Əliyeva
Ordu.az