Ordu.az xəbər verir ki, bu barədə Küveytin dövlət xəbər agentliyi KUNA məlumat yayıb.
Onların ölkə ərazisinə “düşmən fəaliyyətləri həyata keçirmək” məqsədilə qanunsuz daxil olmağa çalışdığı bildirilir.
Agentliyin məlumatına görə, mayın 1-də həmin şəxslər balıqçı qayığı ilə sərhədi keçməyə cəhd edib və Küveyt hərbçiləri ilə toqquşma baş verib. Hadisə nəticəsində bir hərbçi yaralanıb.
KUNA saxlanılan dörd nəfərin bütün adlarını, o cümlədən hərbi rütbələrini də yayımlayıb.
Küveyt Daxili İşlər Nazirliyi saxlanılan şəxslərin etirafedici ifadələr verdiyini açıqlayıb.
Məlumata görə, İİKK onlara mayın 1-də ölkənin ən böyük ticarət və logistika mərkəzi olan Bubiyan adasının sahilinə çıxmaq tapşırığı verib.
Onlara “Küveytə qarşı düşmən fəaliyyətlərinin həyata keçirilməsinə yönəlmiş xüsusi missiya” icra etmək göstərişi verildiyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az