Litva Hörmüz boğazının minalardan təmizlənməsinə 40 mütəxəssis göndərə bilər

2026/03/1773466996.jpg
Oxunub: 406     12:40     12 May 2026    
Litva Silahlı Qüvvələri Hörmüz boğazında beynəlxalq əməliyyatlarda iştirak üçün hərbçilər və minatəmizləmə bölmələri təqdim edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə Litva Silahlı Qüvvələrinin və Milli Müdafiə Nazirliyinin bəyanatına istinadən ölkənin milli yayım şirkəti (LRT) məlumat yayıb.

Bildirilib ki, Litva bölgəyə hərbi qulluqçular və mülki şəxslərdən ibarət 40 mütəxəssis göndərə bilər. Ölkənin Silahlı Qüvvələri hazırda iştirakın konkret variantlarını qiymətləndirir.

Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, yekun dəstək paketi hələ ki müttəfiqlərlə razılaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Hörmüz  


Bizi "telegram"da izləyin