Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
STM-dən verilən açıqlamada aşağıdakı ifadələrə yer verilib:
“Milli müdafiə texnologiyalarımızın səhnəyə çıxdığı #SAHA2026-nı böyük qürurla başa vurduq!
- 7 yeni məhsulun təqdimatı
- 2 kritik inteqrasiya layihəsi
- 7 milli əməkdaşlıq imzası
- 45-dən çox ölkədən 100-dən artıq nümayəndə heyəti
Milli mühəndislik imkanlarımız və oyun dəyişdirən texnologiyalarımızla tam müstəqil müdafiə sənayesi hədəflərimiz üçün işləməyə, qlobal arenada bayrağımızı dalğalandırmağa davam edəcəyik. Stendimizə böyük maraq göstərən bütün ziyarətçilərimizə təşəkkür edirik”.
STM SAHA 2026-da avtonomluq, sürü zəkası və qabaqcıl inteqrasiya imkanları ilə dəstəklənən “Çoxölçülü Hərəkət” yanaşmasını geniş məhsul ailəsi ilə nümayiş etdirib.
Şirkət tədbirdə yeni milli platformalarının təqdimatını gerçəkləşdirib. Tədbirdə ilk olaraq Uzun Mənzilli Kamikadze Pilotsuz Uçuş Aparatı (PUA) sistemini tanıdan STM sabit qanadlı kamikadze PUA-sı ALPAGU-nun inkişaf etmiş imkanlarla təchiz edilən, artırılmış mənzil və faydalı yük tutumuna malik yeni versiyasını ilk dəfə SAHA-da nümayiş etdirib. Düşmən PUA-larını havada təsirsiz hala gətirən Önləyici PUA sistemi, anlıq kəşfiyyat və məlumat axını təmin edəcək Mini Kəşfiyyat-Müşahidə Sistemini də ilk dəfə ictimaiyyətə təqdim edib. İki yeni insansız əsgərini də ilk dəfə SAHA-da nümayiş etdirib. Strateji missiyalar üçün xüsusi hazırlanmış Böyük Sinif Avtonom İnsansız Sualtı Platformanı də sərgidə göstərib. Yeni nəsil Kamikadze İnsansız Dəniz Platormasını da ortaya çıxarıb.
STM sərgidə yeni təqdimat məhsulları ilə yanaşı, illərdir sahədə özünü uğurla təsdiqləmiş və əməliyyat dərinliyi ilə seçilən həllərini də təqdim edib. Türkiyənin ilk milli kamikadze PUA-sı KARGU, milli müşahidə PUA-sı TOGAN, sursat buraxma qabiliyyətinə malik BOYGA-B, ağıllı sursat sistemi TUNGA, “KarguFPV” və şaquli eniş-uçuş edə bilən STM TURUL VTOL sərgi müddətində ziyarətçilərlə görüşüb. Bundan əlavə, milli imkanlarla hazırlanan Türkiyənin ilk milli freqatı TCG İSTANBUL, MİLGEM Ada sinfi korveti, Türkiyənin ilk milli hücumbotu və STM500 sualtı qayığı, sahil təhlükəsizliyi gəmiləri ilə yanaşı Portuqaliya üçün hazırlanmış Logistika Dəstək Gəmisi, Pakistan Dənizdə Təchizat Tankeri, Malayziya Korveti (LMS-Batch-II), Çoxməqsədli Dəstək Gəmisi (MRSS) kimi ixrac uğuru qazanan strateji layihələr sərgilənib. İnsansız suüstü platforma STM NETA 300 də STM-nin stendində yer alıb. Türkiyənin ilk milli freqatı TCG İSTANBUL (F-515) və STM-nin kritik rollar üzərinə götürdüyü “Reis” sinfinə məxsus sualtı qayıqların birincisi olan TCG PİRİREİS (S-330) SAHA-2026 çərçivəsində Ataköy limanı açığında yerləşərək ziyarətçilərlə görüşüb.
SAHA çərçivəsində yaradılan FPV PUA-sı sahəsində STM-nin hazırladığı PUA-ların uçuşları da iştirakçılar tərəfindən izlənilib. Bununla yanaşı, STM SAHA-da yeni texnologiya və layihələrin inkişafı üçün əməkdaşlıq razılaşmaları da imzalayıb.
Sevinc Əliyeva
Ordu.az