Ordu.az xəbər verir ki, bu barədə Altıncı Donanmanın (ABŞ SQ) mətbuat xidməti məlumat yayıb.
“Ballistik raketlər daşımaq qabiliyyətinə malik ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayığı mayın 10-da Cəbəllütariqə çatıb. Liman səfəri ABŞ-nin imkanlarını, çevikliyini və NATO üzrə müttəfiqləri qarşısında öhdəliklərinə davamlı sadiqliyini nümayiş etdirir”, - deyə məlumatda bildirilir.
Hərbi Dəniz Qüvvələri Ohio sinifli sualtı qayıqların izlənilməsi mümkün olmayan və ABŞ üçün nüvə triadasının ən toxunulmaz dayağını təmin edən ballistik raket buraxılış platformaları olduğunu xatırladıb.
Ordu.az