Eyni zamanda İsrail elan edilmiş atəşkəsə baxmayaraq Livan ərazisinə zərbələr endirməyə davam edir ki, bu da atəşkəs rejiminin faktiki pozulmasını göstərir. Ümumilikdə region uzunmüddətli eskalasiya vəziyyətində qalır və gərginliyin daha da artması riski saxlanılır.
İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ-nin BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi Hörmüz boğazı ilə bağlı qətnamə layihəsini sərt şəkildə pisləyib və bunu faktları təhrif etmək cəhdi adlandırıb.
CNN-in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Tehranla aparılan danışıqlardan getdikcə daha çox məyus olur və son günlər İran əleyhinə iri hərbi əməliyyatların bərpası imkanını daha ciddi şəkildə nəzərdən keçirir.
“İranın ABŞ tərəfinə təqdim etdiyi münaqişənin tənzimlənməsi planının alternativi yoxdur, - deyə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib.
“Axios”un mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranda yaranmış vəziyyəti və İran ərazisinə zərbələrin mümkün bərpası məsələsini müzakirə etmək üçün milli təhlükəsizlik komandası ilə görüşəcək.
Sevinc Əliyeva
Ordu.az