BMT həyəcan təbili çalır: Bir gündə Livana 100 zərbə endirilib

2026/05/1778562579.jpg
Oxunub: 379     09:07     12 May 2026    
BMT Livana qarşı İsrail hücumlarının ağır nəticələri ilə bağlı xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer bildirib.

O, mülki əhali arasında böyük itkilərin olduğunu və atəşkəsin təcili şəkildə təmin edilməsinin vacibliyini vurğulayıb.

Tom Fletçer “X” sosial şəbəkəsində yazıb: “24 saat ərzində Livana 100 zərbə endirilib. Dinc sakinlər həlak olub. Ailələr evsiz qalıb”.

BMT-nin fövqəladə yardım üzrə əlaqələndiricisi vəzifəsini də icra edən Fletçer bildirib ki, humanitar təşkilatlar zərərçəkənlərə yardım göstərmək üçün bütün imkanlardan istifadə edir. Lakin heç bir yardım zorakılığın dayandırılmasını əvəz edə bilməz.

“Biz yardıma ehtiyacı olan insanlara dəstək göstərmək üçün əlimizdən gələni edirik. Ancaq insanların ən çox ehtiyac duyduğu şey real atəşkəsdir”, - deyə BMT rəsmisi qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   İsrail   Livana  


Bizi "telegram"da izləyin