Ordu.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf açıqlama verib.
Bu bəyanat ABŞ Prezidenti Donald Trampın İranla atəşkəs rejimini “həyat təminatı cihazına qoşulmuş vəziyyət” kimi xarakterizə etməsindən və Tehranın Vaşinqtonun tələblərini yerinə yetirməyəcəyi təqdirdə təhdidlərin yenidən səsləndirilməsindən sonra verilib.
Qalibaf “X” sosial şəbəkəsindəki paylaşımında bildirib: “Yanlış strategiya və yanlış qərarlar qaçılmaz olaraq yanlış nəticələrə gətirib çıxarır. Artıq bütün dünya bunu anlayıb. Biz hadisələrin inkişafının bütün variantlarına hazırıq. Onlar təəccüblənəcəklər”.
Sevinc Əliyeva
Ordu.az