“İranın ABŞ ilə münaqişənin tənzimlənməsi üzrə planının alternativi yoxdur” - Qalibaf

2026/03/1773345912.jpg
Oxunub: 690     01:47     12 May 2026    
İranın ABŞ tərəfinə təqdim etdiyi münaqişənin tənzimlənməsi proqramının alternativi yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib.

“İran xalqının hüquqlarını özündə əks etdirən 14 bəndlik təklifi tanımaqdan başqa seçim yoxdur. Hər hansı başqa yanaşma tamamilə səmərəsiz olacaq, uğursuzluqlar silsiləsindən başqa bir şey olmayacaq”, - deyə Qalibaf “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Vaşinqton nə qədər çox “uzadırsa”, bunun bədəlini bir o qədər çox amerikalı vergi ödəyiciləri ödəyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalibaf   İran  


Bizi "telegram"da izləyin