“Sarsılmaz” SAHA 2026 sərgisində inteqrasiya edilmiş müdafiə ekosistemini nümayiş etdirib - VİDEO

2026/05/1778529560.jpg
Oxunub: 597     23:44     11 May 2026    
“Sarsılmaz” şirkəti bu il beşinci dəfə keçirilən SAHA EXPO sərgisində yerli mühəndislik imkanları ilə hazırladığı yeni nəsil müdafiə sistemlərini və inteqrasiya edilmiş istehsal qabiliyyətlərini nümayiş etdirib.

Ordu.az xəbər verir ki, şirkət qrup şirkətləri ilə formalaşdırdığı ekosistem vasitəsilə müasir döyüş meydanının dəyişən tələblərinə cavab verən inteqrasiya olunmuş həllərini təqdim edib.

“Sarsılmaz”ın stendində istehsaldan yekun sistem arxitekturasına qədər uzanan “tam inteqrasiya olunmuş həll” konsepsiyası ziyarətçilərə təqdim olunub.

Şirkətin sərgidə ön plana çıxardığı sistemlər arasında SAR9 SP “Special” tapançası, SAR “Drone Killer”, SAR 556 MT pulemyotu, SARBOT-un yeni versiyası, “BEST Defence” şirkətinin gizlədilə bilən Uzaqdan İdarə Edilən Silah Ssistemi (UİESS) sistemi və “TR Mekatronik” şirkətinin 20 mm çaplı 6 lüləli topu yer alıb.

Tədbirdə “LA2 Dynamics” tərəfindən hazırlanan SARBOT-un yeni versiyası ilk dəfə beynəlxalq arenada təqdim olunub.

“TR Mekatronik”in 95 faizdən çox yerlilik səviyyəsinə malik 20 mm top sistemi də böyük maraqla qarşılanıb.

“BEST Defence” şirkətinin gizlədilə bilən UİESS həlli aşağı görünürlük və sürətli reaksiya qabiliyyəti ilə diqqət çəkib.

Pilotsuz uçuş aparatlarına qarşı hazırlanmış SAR “Drone Killer” sistemi sərginin diqqətçəkən həlləri arasında yer alıb.

“Sarsılmaz” şirkəti məhsul və layihələrini beynəlxalq təchizatçılara və iştirakçılara təqdim etməklə yanaşı, müxtəlif ölkələrin təhlükəsizlik və silahlı qüvvələr rəsmiləri ilə də bir sıra görüşlər keçirib.

Şirkət həmçinin Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri professor Haluk Görgünü qrup şirkətlərindən olan “Ünimetal”ın stendində qəbul edib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarsılmaz   SAHA-2026  


Bizi "telegram"da izləyin