ABŞ ilə İran arasında danışıqların irəliləyişi Trampın Çinə səfərindən asılı ola bilər

2026/05/1778517069.jpg
Oxunub: 393     23:40     11 May 2026    
ABŞ və İran arasında danışıqların bu həftənin sonunda prezident Donald Tramp ilə Çin prezidenti Si Cinpin arasında keçiriləcək görüşdən əvvəl dalandan çıxması çətin görünür.

Ordu.az xəbər verir ki, bu barədə danışıqlar prosesinə yaxın regional mənbə CNN-ə açıqlamasında bildirib.

Mənbənin sözlərinə görə, dialoqda hər hansı dinamika “prezident Trampın Pekinə səfərinin nəticələrindən asılı olacaq”.

Mənbə qeyd edib ki, İranın xarici işlər naziri Abbas Əraqçinin bu həftənin cümə axşamı və cümə günləri Dehlidə keçiriləcək BRİKS ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirakı “çox yüksək ehtimallıdır”. Həmin günlərdə Trampın da Pekində olacağı gözlənilir.

Eyni mənbənin sözlərinə görə, Əraqçinin BRİKS sammitində iştirakı “mühüm əhəmiyyət daşıyır”, çünki tədbirdə Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirlərinin də iştirakı gözlənilir.

Misir və Səudiyyə Ərəbistanı Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan qeyri-rəsmi dialoqa dəstək verən ölkələr sırasındadır.

Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri hələlik tədbirdə iştiraklarını rəsmi şəkildə təsdiqləməyiblər.

“Mənbənin sözlərinə görə, Çin bu dialoqun davamlılığının təmin edilməsində mühüm oyunçuya çevriləcək”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Çin  


Bizi "telegram"da izləyin