“Nüvə texnologiyaları danışıqların gündəmində deyil, uranın zənginləşdirilməsi məsələsi müzakirə mövzusu deyil” - Eslami

2026/05/1778526650.jpg
Oxunub: 346     22:57     11 May 2026    
İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami nüvə texnologiyalarına sahib olmaq məsələsinin hazırkı danışıqların mövzusu olmadığını vurğulayaraq, ölkənin uranın zənginləşdirilməsi sahəsində potensialının müzakirə predmeti olmadığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəsmi nümayəndəsi Ebrahim Rezayi qanunvericilər ilə İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami arasında bazar ertəsi keçirilən görüş barədə məlumat verib. Rezayinin sözlərinə görə, “həmin görüş zamanı İran Atom Enerjisi Təşkilatının rəhbəri bildirib ki, düşmən İran İslam Respublikasının gücünü, o cümlədən ölkənin güc amillərindən biri olan atom sənayesini zəiflətməyə çalışır”.

“İran Atom Enerjisi Təşkilatının rəhbəri eyni zamanda bir daha təsdiqləyib ki, İranın atom sahəsində fəaliyyəti yalnız dinc xarakter daşıyır və bundan sonra da belə olacaq. Nüvə texnologiyaları məsələsi danışıqların gündəmində deyil, uranın zənginləşdirilməsi də müzakirə mövzusu deyil”, - deyə açıqlamada qeyd olunub.

Eslami görüşdə bildirib ki, nüvə mərkəzləri və obyektlərinin qorunması üçün lazım olan bütün tədbirlər nəzərdə tutulub və həyata keçirilib. Ölkənin atom sənayesi tam gücü ilə fəaliyyətini davam etdirəcək, nüvə sahəsində əldə olunan nailiyyətlər etibarlı şəkildə qorunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eslami   İran  


Bizi "telegram"da izləyin