İshaq Dar və Jan Arno ABŞ-İran danışıqları barədə fikir mübadiləsi aparıblar

2026/05/1778514086.jpg
Oxunub: 381     19:23     11 May 2026    
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar BMT Baş katibinin Yaxın Şərq münaqişəsi üzrə şəxsi nümayəndəsi Jan Arno ilə görüşüb və ABŞ-İran danışıqları barədə fikir mübadiləsi aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Jan Arno regional sülh və sabitlik üçün Pakistanın diplomatik səylərinə görə BMT baş katibinin (Antonio Quterreşin – red.) dərin minnətdarlığını çatdırıb və bu xüsusda təşkilatın davamlı dəstəyini ifadə edib", - məlumatda bildirilib.

Pakistanın XİN rəhbəri ilə BMT rəsmisi arasında digər regional proseslər də müzakirə olunub.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İshaq-Dar   Jan-Arno  


Bizi "telegram"da izləyin