Ordu.az xəbər verir ki, eyni zamanda HƏMAS-ın aparıcı nümayəndələrinə qarşı yeni sanksiyalar da razılaşdırılıb.
“Avropa İttifaqının xarici işlər nazirləri “fələstinlilərə qarşı zorakılığa görə” israilli məskunlaşanlara qarşı sanksiyalara yaşıl işıq yandırıblar. Onlar həmçinin HƏMAS-ın aparıcı simalarına qarşı yeni sanksiyalar barədə razılığa gəliblər. Artıq çıxılmaz vəziyyətdən əməli fəaliyyət mərhələsinə keçmək vaxtıdır. “Ekstremizm və zorakılığın” nəticələri olur”, - deyə Kaya Kallas bildirib.
Qərarın uzun sürən danışıqlarda əldə olunan irəliləyişdən sonra mümkün olduğu qeyd edilir. Bundan əvvəl məsələ Avropa İttifaqı daxilində bloklanırdı.
İsrail isə bu addımı sərt tənqid edib və qərarın “özbaşına və siyasi motivlərlə” qəbul edildiyini bildirib.
İsrailin xarici işlər naziri Gideon Saar israilli məskunlaşanlarla HƏMAS arasında müqayisəni rədd edərək bunu “təhrif olunmuş mənəvi bərabərləşdirmə” adlandırıb.
Sevinc Əliyeva
Ordu.az