Ordu.az xəbər verir ki, Ərdoğan bu fikirləri İstanbulda Belçika Kraliçası Matilda ilə görüşü zamanı səsləndirib.
O qeyd edib ki, Gömrük Birliyinin mövcud şərtlərə uyğun şəkildə modernləşdirilməsi Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzvlüyü yolunda sürətli irəliləyiş tələb edən əsas sahələrdən biridir.
Türkiyə Kommunikasiya İdarəsinin məlumatına görə, görüş zamanı tərəflər Türkiyə-Belçika münasibətlərini, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
“Prezident Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyənin Avropa İttifaqının müdafiə təşəbbüslərində iştirakı bütün tərəflərin qarşılıqlı maraqlarına uyğundur”, - deyə açıqlamada bildirilib.
Ərdoğan əlavə edib ki, Türkiyə ilə Belçika ticarət, müdafiə sənayesi, energetika və kənd təsərrüfatı daxil olmaqla bir çox sahədə ciddi əməkdaşlıq potensialına malikdir və ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində addımlar davam etdiriləcək.
Sevinc Əliyeva
Ordu.az